“Amerikalılar İrəvanı Bakı ilə sülh müqaviləsini imzalamağa razı salmağa çalışırlar”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiyaya nifrəti ilə tanınan USAID rəhbəri Samanta Pauer və bu yaxınlarda Ermənistanın Qərbə yönləndirilməsi ilə məşğul olduqlarını açıq şəkildə bəyan edən ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim respublikaya səfər ediblər. Konqresin nümayəndə heyəti də orada idi. Bu, yalnız son günlərdə baş verənlərdir, bunu heç kim inkar edə bilməz, çünki üzdədir.
Əldə edilən məlumata görə, Vaşinqton və Brüssel İrəvanı KTMT-dən çıxmağa, NATO ilə əməkdaşlığı dərinləşdirməyə, hərbi-texniki əməkdaşlıq istiqamətini dəyişməyə və "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi"ni nəzərə almadan Azərbaycanla sülh sazişi imzalamağa razı salırlar”, - Zaxarova bildirib.