30 Sentyabr 2023 21:08
2 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya artıq Qafqazın üç ölkəsi arasında heç bir xalqın dəstəyinə malik deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Ukrayna istənilən halda Qərbin köməyi ilə Rusiyanı məğlub edəcək, bu da Rusiyanın parçalanması prosesinin əsasını qoyacaq. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Ermənistanın açıq şəkildə Qərbdən yayınması Rusiyanın Cənubi Qafqazdakı əsas paradiqmasını pozub. Rusiya artıq Qafqazın üç ölkəsi arasında heç bir xalqın dəstəyinə malik deyil”, - sabiq prezident bildirib.

Saakaşvili Gürcüstan hökumətinin tarixin yanlış tərəfində - Rusiyanın yanında olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər