5 Oktyabr 2023 13:18
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir çox insanlarda belə bir təəssürat var ki, Qarabağ Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün problemdir. Belə deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın son antiterror tədbirləri ilə bu məsələ tam həll olunub. Deputat Ermənistan rəhbərliyinin bu reallığı qəbul etdiyini də söyləyib.

“Ermənistan-Azərbaycan münasibətlərində problemlər yaradan və təbii olaraq bu sazişin imzalanmasına mane olan xeyli sayda problemlər var. Birinci problem demarkasiya və delimitasiya ilə bağlıdır, Ermənistan və Azərbaycanda yanaşmalar tamamilə fərqlidir”, - Abramyan qeyd edib.

Onun fikrincə, digər məsələ nəqliyyat xətləri ilə əlaqəlidir. Abramyan qeyd edib ki, bu kontekstdə irəli sürülən Zəngəzur dəhlizi ilə bağlı tərəflər arasında fikir ayrılıqları var.

“Sazişin imzalanmamasına səbəb Qarabağ deyil, bu, yanlış şəkildə gündəmə gətirilir”, - siyasətçi əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər