Ümid edirəm ki, Brüsseldə Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etmək mümkün olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozef Borrell deyib.
“Ümid edirəm ki, Brüsseldə Azərbaycan və Ermənistan arasında görüşlər təşkil etmək mümkün olacaq. Münaqişənin genişlənməməsinə əmin olmaq lazımdır. Bundan əlavə, Ermənistanda siyasi sabitlik əldə edilməlidir”, - AB rəsmisi bildirib.
Borel Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməmələrindən təəssüfləndiyini söyləyib.