7 Oktyabr 2023 09:06
3 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlıları erməni silahlı dəstələr ilə Azərbaycan Ordusu arasında postlar qurmuşdular. Həmin postlar ləğv olunub.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, postları ləğv edilən sülhməramlılar öz kazarmalarına qayıdırlar:

“Dünən maraqlı məlumat yayıldı. Məşhur ermənipərəst rusiyalı deputat Konstantin Zatulin elan elədi ki, noyabrın 1-nə qədər sülhməramlılar Azərbaycanı tərk edəcək. Hesab edirəm ki, o, boş yerə belə bir məlumat verməz. İstisna etmirəm ki, razılaşma əsasında ilin axırına qədər sülhməramlılar Azərbaycanı tərk etməyə başlayacaqlar.

Hazırda sülhməramlıların kazarması Xocalıdadır. Artıq kazarmanı ayrı yerdə qurublar, hələlik orada məskunlaşacaqlar. Sonrakı proses Azərbaycanla Rusiya arasında gedən danışıqlar nəticəsində bilinəcək. Sözsüz ki, Azərbaycan çalışacaq onları torpaqlarımızdan çıxarsın”.

Azad İsazadə qeyd edib ki, Rusiya hərbçilərinin əvvəldən heç bir statusu olmayıb:

“44 günlük müharibə dayanandan sonra söhbət gedirdi ki, onlar atəşkəsi təmin etməlidirlər. İndi atəşkəsi güdməkdə məna yoxdur. Ərazimizdə silahlı erməni dəstələri qalmayıb. Qalıbsa da, çox azdır, onlar da çıxarılacaq, yaxud Azərbaycan ordusu tərksilah edəcək. Sülhməramlıların olmayan statusu xeyli zəifləyib. Yəni qalmaları üçün real bir səbəb yoxdur”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər