Razılaşmaya əsasən, Azərbaycanın Ermənistandakı anklavları – Qazax və Naxçıvanın kəndləri qaytarılmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Ermənistan hökuməti indiki mərhələdə 8 kəndin təhvil verilməsinə nail olmağa çalışır. Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, tanıdığı ərazilərə həm Qarabağ, həm də həmin 8 kənd daxildir”, - deputat bildirib.
Abramyan bunun Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının önünü açacağını söyləyib.