Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Bişkekdə görüşdə müzakirə etdiyi məsələlərdən danışıb.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişafının (nəqliyyat dəhlizi) vacibliyini qeyd edib.
Onun sözlərinə görə, ötən gün bu məsələni İlham Əliyevlə müzakirə edib.
“Dünən Azərbaycan Prezidenti İlham Heydəroviçlə planlarımız, o cümlədən dəmir yolu şəbəkəsinin və avtomobil yollarının inkişafı barədə ətraflı danışdıq. Bütün bunlar ciddidir, təkcə regional deyil, sözün əsl mənasında beynəlxalq əhəmiyyətə malikdir və təbii ki, bütün iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək”, - Putin bildirib.