13 Oktyabr 2023 18:08
1 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa özünü ermənilərdən daha çox Azərbaycanla düşmən kimi aparır. Yəni bu, heç kəsə sirr deyil. Artıq ermənilər yalan, fransızlar doğru olur.

Bunu Teleqraf.com-a Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, biz artıq Paşinyanla yox, Makronla siyasi səhnədə savaşırıq:

"Bu gözləniləndir. Onlar BMT, Avropa Parlamentində - harada söz sahibidirlərsə, orada Azərbaycan əleyhinə çalışacaqlar ki, nələrisə qəbul elətdirsinlər. Azərbaycan diplomatik savaş verməlidir. Fransanın qarşısından qaçan deyilik. Sona qədər haqlı mövqeyimizi qorumalıyıq. BMT-nin dörd qətnaməsi 30 il idi ki, icra olunmurdu. Heç kim ona fikir vermirdi. Azərbaycanın məcburi köçkünləri var idi, ölkəmizin 20 faizi torpağı işğal altındaydı. Bəs onda kor olmuş dünya harada idi?! Makron belə insan haqlarını qorumaq istəyirsə, hazırda Qəzza bölgəsində baş verən insan fəlakətinə reaksiya versin. Düşünürəm ki, bu məsələləri ciddiyə almamalıyıq. Makron özünü güzgüdə böyük görmək istəyir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Ermənilər böyük heyvanların üzərinə yapışıb həyatını sürdürən həşərat kimidir. Əvvəl Rusiyanın, indi Fransanın, sonra da Almaniyanın hesabına həyatda qalmağa çalışacaqlar".

Tural Abbaslı bildirib ki, Qərb gizlin şəkildə erməniləri silahlandırır:

"Əminəm ki, zamanında ruslar ermənilərdən silahlara görə pul almırdı, indi də fransızlar ermənilərə havayı silahlar verirlər. Bir zamanlar bütün dünya Ukraynaya deyirdi ki, torpaqları al, Krıma gir, narahat olma, biz sənin yanındayıq. Bu gün artıq Ukrayna yaddan çıxıb. Ukrayna Rusiyanın ayağı altında qalmaq üzrədir. Eynilə ermənilər əgər fransızların və digər dövlətlərin dəstəyi onları cuşa gətirib Azərbaycana qarşı müharibə edəcəksə, bunun cəzasını ermənilər çəkəcək. Ermənistan öz gücünə Azərbaycanla heç zaman qarşı-qarşıya gələ bilməz. Son üç ilə baxanda hansı fəlakətləri yaşadıqlarını görüblər".


Müəllif: Əsəd Məmmədəliyev