18 Oktyabr 2023 23:25
17 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə sosial şəbəkələrdə intim videosu yayılan iş adamı Şəmsi Səmədzadə Bakı Beynalxalq Hava Limanında fotosunun yayılmasına münasibət bildirib.

O, "Publika.az"a bildirib ki, heç yerə getməyib, Bakıdakı evindədir.

"Bu cür xəbərlərin necə və hardan qaynaqlandığını heç özüm də bilmirəm. İndidə foto yayıblar ki, guya mən Türkiyə respublikasına getmək üçün aeroporta gəlmişəm. Tamami ilə yalandır! Mən iş adamıyam. İstənilən vaxt hava limanına gedə bilərəm. Dostum gəlirdi Gürcüstandan onu qarşılaşmışam. Hazırda Bakıdayam, evimdəyəm. Bu cür yalan xəbərlərin yayılmasına isə sadəcə təəssüf edirəm. Bir daha təkrar edirəm. Bakıdayam, bir neçə günə qayıdacam işimin üstünə".

- deyə Ş. Səmədzadə bildirib.

Məlumat üçün qeyd edək ki, yayılan fotoda Şəmsi Səmədzadənin hava limanının içərisində qapalı yerdə kepka və eynək taxması da diqqət çəkib.Bundan əlavə iş adamının Türkiyə Respublikasına girişinə qadağa qoyulduğu da deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər