“Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünün niyə baş tutmaması məlumdur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
“Avropa Birliyinin xüsusi nümayəndəsi Toivo Klaar bildirdi ki, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan oktyabrın sonunda Brüsseldə görüşməyəcək. O, buna səbəb kimi vaxt azlığını göstərib.
Eyni zamanda, Klaar deyib ki, məqsədləri Qarabağ ermənilərinin “öz evləri”nə qayıtmasıdır.
Prinsipcə, görüşün niyə baş tutmadığı aydındır. Əsas məsələ sülh müqaviləsi yox, ermənilərin Qarabağa qayıtmasıdırsa, daha vacib məsələlərə vaxt ayırmaq daha yaxşıdır.
Vacib bir şey müzakirə mövzusu olsaydı, sülh müqaviləsi çərçivəsində konkret razılaşmalar olsaydı, mütləq vaxt tapılardı. Belə deyilsə, yol ölçməyin nə mənası var?”, - ekspert vurğulayıb.