Rusiya Ermənistanla Azərbaycan arasında gərginliyin azalmasına gətirib çıxara biləcək təmasları alqışlayır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan baş nazirləri arasında keçirilən görüşü şərh edərkən deyib.
Xatırladaq ki, oktyabrın 26-da Tiflisdə üç ölkənin baş nazirlərinin görüşü keçirilib. Əli Əsədov, İrakli Qaribaşvili və Nikol Paşinyan arasında danışıqlar bir neçə saat davam edib.
Moskvanın mövqeyini ifadə edən Zaraxova vurğulayıb ki, 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli sazişlər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi olaraq qalır:
“Bura ölkələr arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin demarkasiyası, vətəndaş cəmiyyəti səviyyəsində dialoq və sair daxildir”.