“Azərbaycan bizi terror təşkilatı kimi tanıdığı üçün Ermənistan Müdafiə Nazirliyi bizimlə iş görmək istəmir”.
Teleqraf.com xəbər verir ki, bunu erməni VOMA terror təşkilatının rəhbəri Vova Vartanov deyib.
“Ermənistan Müdafiə Nazirliyi bizimlə məsafəli davranır, bizimlə iş görmək istəmir. Mən bunu türklərin VOMA-nı terror təşkilatı kimi tanıması ilə əlaqələndirirəm”, - baş terrorçu bildirib.
VOMA bundan əvvəl Ermənistan MN-a Azərbaycanla sərhəddə mövqelərin gücləndirilməsi ilə bağlı təkliflər verib. Amma bu təkliflər nazirlik tərəfindən rədd edilib. MN-dan təşkilata bildirilib ki, VOMA belə işlərlə məşğul olmamalıdır. Eyni zamanda, Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan bildirib ki, VOMA Müdafiə Nazirliyinin tabeliyində olan heç bir sahə üzrə işə cəlb edilməyib.