13 Noyabr 2023 14:42
7 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın əsas məqsədi Avropa İttifaqına daxil olmaqdır.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, bu addımlar əsas səbəblərdən biridir:

"Fransa Ermənistanla hərbi və hərbi-texniki əməkdaşlıq edir. Hərbi texnikanın Gürcüstan ərazisindən keçməsi daha rahat seçilən yoldur. Gürcüstan Azərbaycanla partnyorluq münasibətlərinin hesabına bunu etməməlidir. Gürcüstan bizə vasitəçilik təklifi etmişdi və hazırda da edir. Əgər həqiqətən Gürcüstan regionda stabilliyi yaranmasının tərəfdarıdırsa belə etməməliydi. Çünki Azərbaycan onun yaxın partnyorudur. Bir sıra məsələlərdə mövqeyimiz üst-üstə düşür.

Düşünürəm ki, Gürcüstan Azərbaycana müəyyən bir izahat verməlidir. Ermənistanın hərbi potensialını möhkəmləndirmək üçün niyə Azərbaycanın ərazisi seçilir. Bu məsələdə bizə onların izahı lazımdır. Gürcüstan bizə sülh danışıqları üçün təklif irəli sürərsə fikrimizi onlara çatdıra bilərik. Mövqeyimiz konkret və prinsipial olacaq. Vəziyyəti təhlil edib öz qərarımızı çıxardacağıq".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər