15 Noyabr 2023 16:11
2 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanın əsas məqsədi qardaş saydığı iki ölkə - Azərbaycan və Ermənistanla birlikdə regionda sülh və sabitliyi təmin etməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.

Onun sözlərinə görə, Tiflis bu prosesdə qərəzsiz oyunçu rolunu kifayət qədər uğurla oynayır.

“Baş nazirin (İrakli Qaribaşvili) xüsusi səyləri və hər iki ölkənin rəhbərləri ilə şəxsi münasibətləri sayəsində hər iki ölkə üçün qarşılıqlı faydalı saziş şəklində konkret nəticə əldə etmişik”, - nazir bildirib.

Darçiaşvili qeyd edib ki, Azərbaycan və Ermənistan açıq şəkildə sülh müqaviləsinin imzalanmasının zəruriliyindən danışmağa başlayıb, onların ritorikası tamamilə sülhə yönəlib.

“İki dost və qardaş xalqımızla birlikdə əsas məqsədimiz regionda sülh və sabitliyi təmin etməkdir”, - gürcü nazir vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər