Ermənistan bütün region ölkələri ilə münasibətləri tənzimləməyi və əməkdaşlıq etməyi təklif edərək sülh proqramı qəbul edib.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Cənubi Qafqaz xalqlarının son onilliklərdə keçdiyi bütün çətinliklərdən sonra bu gün Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb.
Ermənistan da Türkiyə ilə münasibətlərin nizamlanmasında, sərhədlərin və kommunikasiyaların (nəqliyyat dəhlizləri – red.) açılmasında səmimi maraqlıdır və ilkin şərt olmadan danışıqlara başlayıb. Bu danışıqların yaxın gələcəkdə arzu olunan nəticələri verəcəyinə böyük ümidim var. Bölgəmizin sülhə ehtiyacı var”, - spiker bildirib.