Azərbaycan Ermənistandan açılacaq nəqliyyat dəhlizləri ilə bağlı təhlükəsizlik zəmanəti istəyir, bu da tamamilə normaldır”.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
“Bir neçə ay əvvəl Prezident Əliyev Moskvada (Avrasiya İqtisadi Birliyinin sammitində) elan etdi ki, Prezident Putinin iştirakı ilə baş nazir Paşinyanla görüşündə çox açıq şəkildə bildirib ki, bunu “dəhliz” adlandırmaq heç də “ekstraterritoriallıq” demək deyil. Bəli, bunlara biz də Avropada mövcud olan və heç vaxt ekstraterritoriallığı nəzərdə tutmayan müxtəlif dəhlizləri nəzərdə tutaraq “nəqliyyat dəhlizləri” deyirik. Bizim nöqteyi-nəzərimizdən Ermənistan ərazisindən keçən istənilən avtomobil və dəmir yolunun Ermənistanın nəzarətində olması tamamilə məntiqlidir. Yaxud Azərbaycan ərazisindən... Və ya Almaniyanın ərazisindən keçən hər hansısa avtomobil və ya dəmir yolu həmin ölkənin nəzarətindədir. Buna görə də bu, tamamilə yeganə məntiqi tənzimləmədir. Məsələn, belə olan halda Azərbaycan öz vətəndaşlarının və Ermənistan ərazisindən keçən yüklərin təhlükəsiz olacağına zəmanət almaq istəyir. Tamamilə məntiqli və normaldır. Amma bunun necə olacağı Ermənistan hakimiyyətinin üzərinə düşür”, - AB rəsmisi bildirb.
Klaar qeyd edib ki, Baş nazir Paşinyanın ölkələri birləşdirən avtomobil və dəmir yolları ilə bağlı baxışı AB ilə eynidir:
“Açıq Cənubi Qafqaz baxışını tamamilə bölüşürük, bu nöqtədə dəmir və avtomobil yolları əlaqələri açıılır, ölkələr Sovet İttifaqı dövrünün sonunda olduğu kimi yenidən birləşirlər və sair. Türkiyə və əlbəttə, onsuz da mövcud olan İranla avtomobil və dəmir yolu əlaqələri də açıq olmalıdır. Biz gələcəyi belə görürük, tamamilə dinc Cənubi Qafqaza baxışımız ondan ibarətdir ki, bu nəqliyyat əlaqələri yenidən açıqdır, ticarət və sərhədləri keçən insanlar var”.