21 Noyabr 2023 13:20
5 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Qərbdə Rusiyaya alternativ tapa bilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Rusiyaya qarşı aşkar demarş başlayıb. Hakimiyyət aşkar şəkildə bildirir ki, KTMT-nin sessiyalarına getməyəcək. İndi bəziləri söyləyirlər ki, Ermənistan Qərbdə Rusiyaya alternativ tapmağa çalışır. Qərbdə alternativ tapa biləcəklərinə inanmıram, çünki axtarmırlar. Onların alternativi Türkiyədir. Bu, təbliğatdan da görünür. Paşinyan niyə belə edir? Çünki onun yalnız Türkiyə Ermənistanında siyasətçi kimi gələcəyi var, nə etdiyini yaxşı bilir. Paşinyanın gələcəyi Türkiyə istiqamətindədir”, - ekspert bildirib.

Matevosyan Fransanın Ermənistana vədlərini də boş hesab edir.

Politoloq Ermənistan hökumətinin nəqliyyat dəhlizləri ilə bağlı planına (“Sülh qovşağı”) diqqət çəkib:

“Ermənistanın regionda “sülh qovşağı”na çevriləcəyini iddia edirlər. Azərbaycan və Türkiyə mətbuatına baxın, həmin qovşaq Ermənistan olacaq, yoxsa Naxçıvan?

İkincisi, Ermənistanın Qərbi regiona çəkmək cəhdləri Türkiyə, Rusiya və İranın müqaviməti ilə qarşılaşır. Artıq Azərbaycan Cəbrayıldan İrana yeni yolun çəkilməsinə qərar verib. Rusiya baş nazirinin müavini Overçuk da deyir ki, Şimal-Cənub layihəsi çərçivəsində dəmir yolu Ermənistan ərazisindən keçməyə bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da söyləyib. Yəni Paşinyanın “sülh qovşağı” puça çıxır”.

Qərb-Ermənistan yaxınlaşmasına gəlincə, Matevosyan hesab edir ki, Azərbaycanın Qərb siyasəti daha peşəkar qurulub.

Onun sözlərinə görə, Ermənistanın Qərbi aşkar formada bölgəyə gətirmək cəhdləri bu ölkə üçün ciddi problemlər yaradıb:

“Azərbaycan da Qərblə əməkdaşlıq edir. Britaniyadan danışıram, amma Paşinyandan fərqli olaraq, məsələn, Azərbaycan-İran sərhədinə ingilis müşahidəçiləri yerləşdirmirlər. Azərbaycanın Britaniyanın təmsil etdiyi Qərblə geniş əməkdaşlıq proqramları var.

Bizdə də eyni siyasəti başqa cür edirlər, sözün əsl mənasında Qərbi bura gətirməyə çalışırlar: müşahidəçilər, NATO ilə naməlum əməkdaşlıq proqramları və sair. Bu ona gətirib çıxaracaq ki, Rusiya, Türkiyə və İran buna görə Ermənistanı cəzalandırmaq ideyası ətrafında birləşəcək”.

Ekspert iddia edir ki, proses belə davam etsə, Ermənistan Qərbin Rusiya və İrana qarşı savaşında top yeminə çevriləcək: “Bu insanlar hansı təhlükələrlə üzləşdiyimizi anlamırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər