23 Noyabr 2023 16:04
2 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton, Brüssel və Moskva formatları Minsk qrupunun həmsədrlərini xatırlatmağa başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının bir iclasından nəticə gözləmək doğru olmaz, ancaq bu, fərqli maraqları olan müxtəlif vasitəçi dövlətlərdə keçirilən müzakirələrdən daha faydalıdır. İl bitmək üzrədir, vasitəçilərin iştirakıyla keçirilən görüşlərdən nəticə çıxmadı. Vaşinqton, Brüssel və Moskva formatları Minsk qrupunun həmsədrlərini xatırlatmağa başlayıb. Bu gedişat nəticə verməyəcək. Birbaşa danışıqlara və müzakirələrə hədəflənmək lazımdır, iki ölkənin birgə işçi qrupunun formalaşmasına ehtiyac var”, - ekspert bildirib.

Qeyd edək ki, bundan əvvəl noyabrın 29-30-da Azərbaycan-Ermənistan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyi məlumatı yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər