11 Dekabr 2023 16:13
5 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ”ı (separatçı rejimi) Samvel Şahramanyan yox, Serj Sərkisyan və Robert Köçəryan məhv etdi.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Gevorq Papoyan deyib.

Deputat ləğv edilmiş separatçı rejimin tör-töküntülərinin fəaliyyətlərini Ermənistanda davam etdirmək səylərinə etiraz edib. Onun fikrincə, bu, ölkənin altında yerləşdirilən bomba olardı.

“Əsl satqın kimdir, kapitulyasiya aktını kim imzalayıb? Faktiki kapitulyasiya aktını Samvel Şahramanyan yox, Robert Köçəryan və Serj Sərkisyan imzalayıb. Gedib təslimçilik müqaviləsini imzalasınlar, “dağlıq qarabağ ordusu”nu dağıtsınlar, silahlarını Azərbaycana təhvil versinlər, “dağlıq qarabağ parlamenti”ni buraxsınlar, sonra gəlib Ermənistanda “dağlıq qarabağ parlamenti”nin sessiyasını keçirsinlər? Bu, Ermənistana qarşı bombadır, qəbuledilməzdir.

Əgər bu insanlar təhlükəli və cahil bir ehtiras içərisindədirlərsə, onda özlərinə gəlmələrini tövsiyə edirəm, əgər bu, xarici dövlətlərin himayədarlığı və dəstəyi ilə qəsdən törədilən xəyanətdirsə, bunun da üstü açılacaq, çünki 30 ildir hər şeyin üstü açılır. Gedib kapitulyasiyaya imza atıb, sonra bura gəlib Ermənistanın altına bomba qoya bilməzsiniz. Cəhdlər var, hər gün, həmişə bütün bu cəhdlərə uyğun davranılmalıdır”, - Papoyan vurğulayıb.

Deputat qeyd edib ki, ən önəmlisi 29.8 min kvadratkilometrlik Ermənistan və onun bayrağıdır:

“Ermənistana qarşı fəaliyyət göstərən hər kəs mənim düşmənimdir. “Dağlıq qarabağ”ı idarə etdilər, indi də Ermənistanı? Bəs deyil?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər