12 Dekabr 2023 12:06
2 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi fürsət yaranıb.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra X sosial şəbəkəsində yazıb.

“Ceyhun Bayramovla AB-Azərbaycan əməkdaşlığı və daha geniş regional kontekst haqda yaxşı fikir mübadiləsi. Cənubi Qafqazda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi fürsət yaranıb. AB Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini tam dəstəkləyir”, - AB-nin baş diplomatı bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər