ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskiyə arxa çevirib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan admiralı, NATO-nun keçmiş baş komandanı Ceyms Stavridis deyib.
"Biz səmimi şəkildə etiraf etməliyik ki, bu yay Ukrayna Silahlı Qüvvələrinin hücumunda uğur əldə olunmayıb. Ukraynanın hücumu başa çatdı. Bu, məyusluğa səbəb oldu. Hazırda Zelenski bir il əvvəlkindən tamamilə fərqli mövqedədir. Vladimir Putinin planları saat kimi işləyir. Bu il onun üçün uğurlu ildir. Eyni zamanda, Ağ Ev xəbərdarlıq edib ki, Ukraynaya yardım imkanları bir neçə həftəyə tükənəcək. Gələcək dəstək üçün heç bir təminat yoxdur", - Stavridis bildirib.