Dekabrın 18-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirildi. Bu, hər il keçirilən ənənəvi islacdır. Kreml MDB üzvlərini Moskvaya toplamaqla həm tərəfdaşlarıyla ilə yekun vurur, həm də Rusiyaya qarşı sanksiya tətbiq edən Qərbə bu şəkildə mesaj göndərir: “Rusiya təcrid olunmayıb, qonşularının bir çoxu ilə siyasi və iqtisadi əlaqələrini gücləndirib”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, toplantı çərçivəsində baş naziri Mixail Mişustin həmkarlarına “Rusiya” beynəlxalq sərgi-forumuna baxış təşkil edib:
“MDB-yə sədrlik 2024-cü ildə Rusiyaya keçəcək. Bu il təşkilata Qırğızıstan sədrlik edirdi.
Baş nazir Əli Əsədov toplantıdakı çıxışında Azərbaycanın MDB formatında ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Əsədov xatırladıb ki, 2025-ci ildə III MDB ölkələri Oyunları Gəncədə keçiriləcək. Baş nazir çıxışında Azərbaycan-Ermənista danışıqlarına da toxunaraq, Bakının İrəvanla konstrtuktiv dialoqu davam etdirməkdə maraqlı olduğunu söyləyib. Əli Əsədov bu mövzuda çıxışını “yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgə yaşayış ümidləri bəxş edəcək” cümləsiylə bitirib.
MDB formal olaraq fəaliyyət göstərir. Bu format çərçivəsində üzv ölkələr sadəcə görüşüb, fikir mübadiləsi aparmaq üçün imkan qazanırlar. Azərbaycan və digər üzv dövlətlər ikitərəfli əlaqələrə əhəmiyyət verirlər. Keçən il Azərbaycanın birlik ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə, daha 17 faizlik artım qeydə alınıb.
Kreml MDB-nin gücləndirilməsinin mümkün olmadığını anladığından qonşularıyla ikitərəfli əlaqələrin gücləndirilməsi siyasətinə üstünlük verir”.
Mərkəzin ekspertləri vurğulayırlar ki, MDB Azərbaycan üçün sadəcə müzakirə platformasıdır.