Rusiya ordusu hücum əməliyyatları həyata keçirib. Cəbhədə vəziyyət ağır olaraq qalır. 22 saat ərzində 75 hərbi toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki. bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Kupyansk istiqamətində ukraynalı əsgərlər Sinkovkada rus ordusunun 16 hücumunu dəf edib. Ukrayna ordusu Xarkov vilayətinin ərazisində rusların müdafiəsini yarmağa çalışıb. Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində Boqdanovka, İvanovski, Kleşçievka və Andreevka yaxınlığında rusların 8 hücumunu dəf edib. Eyni zamanda, Avdeevka istiqamətində müdafiə qüvvələri Avdeevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkməyən rusları geridə saxlamağa davam edir. Ukrayna qoşunları ruslara əhəmiyyətli itkilər verərək müdafiəni möhkəm saxlayırlar. Ukrayna əsgərləri rusların arxa cəbhəsini atəşə tutaraq əks-batareya döyüşü aparır", - Baş Qərargah bildirib.