Rəsmi İrəvan sülh müqaviləsinin mətni ilə bağlı Bakının təkliflərini alıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bundan əvvəl bildirmişdi ki, rəsmi Bakı sülh müqaviləsi ilə bağlı növbəti tövsiyələr paketini noyabrın sonunda İrəvandan alıb:
“Bir ay ərzində tərəfimizdən hazırlanmış tövsiyələr paketi Ermənistana təqdim olunub”.