ABŞ ümidsizlikdən Ukraynaya nüvə silahı verə bilər.
Teleqraf.com xəbər verir ki, bunu keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin eksperti Rey Makqovern deyib.
"Bu yaxınlarda bir növ saxta bayraq əməliyyatı olacaq. Kiçik başlıqlı da olsa nüvə bombası Ukrayna verilərsə bunun sonu qorxunc bitəcək. Ukrayna Prezidenti Vladimir Zelenski iki həftə əvvəl ABŞ-a məhz belə bir macəra xatirinə səfər edib. Amerika xalqının Rusiya və Putin haqqında beyni o qədər yuyulub ki, onlar bununla razılaşa bilərlər", - Makqovern bildirib.