2 Yanvar 01:13
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Bakıda vəkil özünü yandıraraq öldürüb. Zaur Məmmədov vəkil mantiyasını geyinərək intihar edib.

Teleqraf.com xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib.

“Sonuncu dəfə cümə günü whatsapp vasitəsilə danışmışam. Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi” – o, paylaşımda qeyd edib.

Aşur Bədəlsoy bildirib ki, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:

“Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum… Xəbəri yayıldı…”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər