5 Yanvar 13:33
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya növbəti raket zərbəsi endirməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu Cənub Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk telemarafonda bildirib.

Onun sözlərinə görə, dünən ruslar “Admiral Makarov” freqatını Qara dənizdə döyüş növbətçiliyinə qoyub, gecə saatlarında isə “Admiral Essen” freqatı ona qoşulub.

"Yəni, avadanlıqları 16 kalibrə çata bilən iki freqat döyüş növbəsindədir. Bu, dənizdən gələn raket təhlükəsinin son dərəcə yüksək səviyyəsidir", - Qumenyuk vurğulayıb.

O xatırladıb ki, “Kalibr” Ukraynanın bütün ərazisinə “çatmaq” qabiliyyətinə malik yüksək dəqiqlikli silahdır və buna görə də hava hücumu siqnallarına çox diqqətli olmaq lazımdır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər