18 Yanvar 16:28
5 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında irəliləyişin olmaması Qərbdən məsləhət alan İrəvanın mövqeyi ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Səbəbini İrəvanın mövqeyində görürəm. İrəvana kimin məsləhət verdiyini bilmirəm. Amma görürük, Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ anladı ki, Rusiya-Azərbaycan-Ermənistan prosesi həm marşrutların açılması, həm sərhədlərin müəyyənləşdirilməsi, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı öz nəticəsini verir, dərhal dəvət almadan bu proseslərlə məşğul olmağa başladılar”, - Rusiyanın baş diplomatı bildirib.

Lavrov əlavə edib ki. Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmanın əldə olunmasında Fransa Prezidenti Emmanuel Makron yox, Prezident Vladimir Putin mühüm rol oynayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər