Azərbaycanın sülh müqaviləsinin Rusiyada imzalamağa hazır olub-olmadığını bilmirəm.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun müvafiq açıqlamasına cavab olaraq deyib.
“Azərbaycan tərəfindən nə qapalı görüşlər zamanı, nə də ictimaiyyət qarşısında belə təminat verilib. Əgər Lavrov belə bir bəyanat verirsə, onun əsaslarının olduğunu güman edirəm”, - nazir bildirib.
Mirzoyan vasitəçiliklə bağlı Ermənistanın mövqeyinin fərqli olduğuna da eyham vurub.