24 Yanvar 14:10
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın radikal müxalifəti Baş nazir Nikol Paşinyana qarşı gizlicə silahlana bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert müharibədən sonra Ermənistan ordusunun silahlarının yoxa çıxmasına diqqət çəkib:

“Müharibələr bitdikdən sonra adətən silahlar mülki insanların da əllərinə keçir, dövlətin vəzifəsi silahları mülki insanlardan toplamaqdır. Birinci Qarabağ Müharibəsindən sonra həm Azərbaycan, həm də Ermənistanda mülki insanlarda xeyli silah-sursat vardı. Bu silah-sursat hər iki ölkədə ciddi problemlər yaratdı.

Azərbaycanda həmin silahların mütləq əksəriyyəti toplandı, Ermənistanda isə həmin silahlarla parlament gülləbaran edildi, polis məntəqələri ələ keçirildi, ordu hissələri ilə döyüşlər baş verdi.

İkinci Qarabağ Müharibəsindən sonra eyni problem yaranıb. Müharibədə qələbə qazanan Azərbaycan ordusunda ciddi nizam-intizam var, döyüşlərdə ələ keçirilən silah-sursat və silah anbarları dövlətin nəzarəti altındadır.

Ermənistanda isə durum fərqlidir, erməni rəsmiləri etiraf edirlər ki, silah-sursatın nə qədərinin nəzarətdən kənarda qaldığını bilmirlər. İndi də bəlli olub ki, 17 min “Kalaşnikov” avtomatı yoxa çıxıb. Bu avtomatlar ölkədən kənara da çıxarıla bilər və bu mənada daha çox İranın adı çəkilir.

Eyni zamanda Ermənistandakı radikal müxalifətin gizli məkanlarında da saxlanıla bilər ki, bunun gələcəkdə Nikol Paşinyan hökumətinə qarşı istifadəsi mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər