Keçmiş separatçı rejimin başçısı Samvel Şahramanyana qarşı inzibati iddia qaldırılıb.
Teleqraf.com xəbər verir ki, iddiaçı İqor Mirzəxanyan Şahramanyandan “19.10.2023-cü il tarixli fərman”ının etibarsız sayılmasını tələb edir.
Separatçı rejimin buraxılması haqqında “fərman” 2023-cü il sentyabrın 28-də imzalanıb.
İqor Mirzəxanyanın nümayəndəsi “Hraparak”a hansı “fərman”dan söhbət getdiyini açıqlamayıb, qeyd edib ki, Mirzəxanyan indiki mərhələdə onun ictimailəşdirilməsinin əleyhinədir.
Mirzəxanyana gəlincə, o, Ermənistan Baş Naziri Aparatının Beynəlxalq Hüquq Məsələləri İdarəsinin keçmiş əməkdaşıdır.