Türkiyə Cənubi Qafqazda əsas aktordur.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina deyib.
“Türkiyə bizim üçün çox vacib müttəfiqdir. Regionla (Cənubi Qafqazla) sərhədləri olan yeganə müttəfiqdir, deməli, regionda əsas oyunçudur. Türkiyə ilə hər mövzuda çox səmimi söhbətimiz olub. Türkiyə bilir ki, Ermənistanla onun arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Hesab edirəm ki, Türkiyə bu məsələdə irəliləyiş əldə etməyə hazırdır. Bilmirəm, ola bilsin, ilk növbədə Ermənistan-Azərbaycan münasibətlərində müəyyən irəliləyiş gözləyirlər. Bu, mülahizələrdən biri ola bilər, amma düşünürəm ki, onlar məsələni irəliyə aparmaqda həqiqətən maraqlıdır. Mən müttəfiqlərimizin xarici və daxili siyasətinə qarışa bilmirəm, amma bu, (Türkiyə-Ermənistan əlaqələri bərpa ediləndə) baş verəndə çox müsbət hal olacaq”, - NATO rəsmisi bildirib.