Ermənistan Xarici İşlər Nazirliyi (XİN) “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Serbiya ilə Azərbaycan arasında müdafiə sektorunda əməkdaşlığı şərh edib.
Teleqraf.com xəbər verir ki, sayt XİN-dən Ermənistan rəsmilərinin Serbiya ilə yaxın münasibətlərini nəzərə alaraq serb həmkarları ilə məsələni müzakirə edib-etmədiyini soruşub.
Ermənistanın xarici xidmətindən verilən cavab ümumi olub:
“Serbiya ilə daimi fəal əməkdaşlıq var. Eyni zamanda bildiririk ki, Ermənistan-Serbiya gündəliyinin bütün məsələləri zərurətə uyğun olaraq müzakirə edilir”.
Fevralın 1-də Azərbaycan və Serbiyanın müdafiə nazirləri 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı imzalayıb.