Azərbaycanın sülh üçün Ermənistandan əsas tələblərindən biri mövcud Konstitusiyanın dəyişdirilməsi ilə əlaqəlidir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
Onun sözlərinə görə, Azərbaycanın tələbləri yerinə yetirilməyənədək sülh prosesində irəliləyiş olmayacaq, bunlar həm də Türkiyənin şərtləridir:
“Sülhün ilkin şərtləri kimi Ermənistana aşağıdakı tələblər irəli sürülür:
Türkiyə və Azərbaycana Zəngəzurdan dəhliz verilsin;
Azərbaycan ərazilərinin işğalına görə təzminat ödənilsin:
Azərbaycanı Tavuş, Geqarkunik, Ararat, Vayots Dzor və Sünik bölgələri boyunca strateji logistika qovşaqları ilə təmin etmək;
Ermənistan ərazilərində (Qərbi Azərbaycan məsələsi – red.) azərbaycanlı qaçqınların məskunlaşdırılması üçün yol xəritəsi hazırlansın;
Ermənistan Konstitusiyası və Müstəqillik Bəyannaməsi dəyişdirilsin”.