20 Fevral 12:49
1 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağla bağlı arzuları puç olan ermənilərin bu dəfəki xülyaları şərti sərhəddəki strateji yüksəkliklərimizdir.

Teleqraf.com xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan həmin yüksəkliklərə göz dikdiklərini gizlətmir.

Arutyunyan Göyçə istiqamətindəki bütün strateji yüksəkliklərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olduğunu deyib:

“Biz artıq Sotkun (Zod) cənubundakı bütün strateji yüksəklikləri təhvil vermişik”.

Onun sözlərinə görə, bütün strateji yüksəkliklərə nəzarət edən Azərbaycanın diplomatik masada da əli güclüdür, diktə edən tərəf də onlardır.

Arutyunyan 44 günlük müharibədə darmadağın edilmiş erməni ordusunun hələ də pərişan durumda olduğunu etiraf edib:

“Ordunun durumu məni qane etmir. 44 günlük müharibənin gedişi və nəticələri hərbi baxımından ciddi təhlil edilibmi, bundan dərs alınıbmı? Beşinci nəsil hərbi əməliyyatlar aparmaq üçün ordumuz varmı? Görmürük. İndi çoxlu silah almaq olar, amma problem tamam başqadır. Bütün strateji yüksəkliklərdə yerləşən düşmənlə effektli şəkildə necə qarşılaşacağıq?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər