20 Fevral 15:01
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəvəm qıza nəsə pis söz deyib. Sonra onlar da yığışıb nəvəmi danışmağa çağırıblar. Nəvəm deyib ki, atama demə, döyər məni.

Teleqraf.com xəbər verir ki, bunu 156 nömrəli məktəbin yaxınlığında həmcinsi tərəfindən təhqir olunan yeniyetmə qızın nənəsi Cəmilə Hacıyeva deyib.

O, zorakılığa məruz qalan nəvəsinin özünü müdafiə etmədiyini söyləyib.

“Həmin qız bizim həm qonşumuz, həm də qohumumuzdur. Bizim aramızda heç bir problem olmayıb. Nəvəm 9-cu sinifdən çıxıb, o qız isə 11-ci sinifdir. Atası da, əmisi də qızın valideynləri ilə danışıb. Problemli ailə deyillər, bibisi Qala məktəbində direktor işləyib. Yaxşı adamlardır, yaxşı qonşu olmuşuq”, - deyə C.Hacıyeva əlavə edib.

Qeyd edək ki, 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.

Daha ətraflı Baku TV-nin süjetində:


Müəllif: Teleqraf.com