Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması ilə bağlı müzakirələrdə iştirak etməmişəm, amma düşünürəm ki, oradan getmələri düzgün olardı.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, Ermənistan öz sərhədlərini qoruya bilər:
“Ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm, siz əminsinizmi? Dəfələrlə sübuta yetirilib ki, qorumayıblar, əksinə sərhəddə gərginlik üçün hər şeyi ediblər. Qarabağa gəldilər, nə etdilər? Erməniləri qorumaq üçün, yoxsa çıxanda onları müşayiət etmək üçün gəlmişdilər? Bir gün səni də, məni də “Zvartnots”dan yola salmağa gələcəklər”.
Qeyd: Simonyanın təxribatçı iddiasının əksinə olaraq, Azərbaycan ermənilər üçün heç bir təhlükəli vəziyyət yaratmayıb ki, Rusiya sülhməramlıları bu durumda onları qorusun. Ermənilər Qarabağdan - ərazimizdən könüllü gediblər.