Bu gün Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.
Teleqraf.com-un xəbərinə görə, respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşıb.
İclasa daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrlik edir. Kollegiya iclası 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunub.
Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə bağlı da müzakirələr aparılır.
Hacı Zeynalov