Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupu mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, tədbirdə QHT-lərdən ibarət İşçi Qrupu tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının təqdimatı olub.
Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirib ki, 20 yanvar hadisələri ilə bağlı keçirilən tədbirdə belə bir işçi qrupunun yaradılması qərara alındı. Onun sözlərinə görə, İşçi Qrup əsasən, iki məsələ - 20 yanvar və Sərkisyanın hərbi cinayətkar kimi tanınması ilə bağlı imzatoplama kampaniyası həyata keçirəcək.
Azərbaycan Demokratik Gənclıər Təşkilatının sədri Asif Əsgərli deyib ki, bu təbliğat xarakterli işdə QHT-lərin xarici tərəfdaşları da cəlb ediləcək: "Bir sıra şəxslər dünyada hərbi cinayətkar kimi tanınır. Bz də Sərkisyanın da hərbu cinayətkar kimi tanınmasına çalışacağıq. Bunun üçün də xaricdə olan tərəfdaşlarımızın burada iştirakı və dəstəyinə ehtiyac var".
Ermənişünas Qafar Çaxmaqlı bildirib ki, qarşıya qoyulan məqsədə çatmaq üçün faktlar da toplanmalıdır. Onun sözlərinə görə, hazırlanmış olan hüquqi daha böyük effekt verəcək: “Bu məsələdə Türkiyəni də unutmayın, orada insanlar var ki, siz dəstək verə və bütün Türkiyəni ayağa qaldıra bilərlər”.
MQF prezidenti Rauf Zeyni bildirib ki, burada əsas məqsəd dünyanın diqqətini Azərbaycanın qarşılaşdığı problemlərə yönəltməkdir. Onun sözlərinə görə, bu kampaniya azərbaycanlılar üçün bir sınaqdır: “Bütün soydaşlarımız bu işlərə cəlb edilməlidir və onların potensialından istifadə etməliyik. Eyni zamanda türk dünyasının da dəstəyini qazanmalıyıq və bunun üçün də Doğu Perincək məsələsinə və digər məslələrə dəstək verməliyik”.
BƏXTİYAR