12 Aprel 20:14
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç nümayəndə heyəti Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasının tərkibində Azərbaycanla sərhəddə patrul xidməti həyata keçirən isveçli müşahidəçilərlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə AB missiyası məlumat yayıb.

“İsveç Sülh, Təhlükəsizlik və İnkişaf Agentliyi, Polis və Fövqəladə Hallar Xidmətindən olan nümayəndə heyəti İsveç missiyasının üzvləri ilə görüşmək üçün Yeqnadzor, İcevan, Martuni, Cermuk, Gorus və Qafan şəhərlərindəki bazalara baş çəkib”, - məlumatda deyilir.

AB-nin Ermənistandakı missiyasında İsveçi təmsil edən 10 müşahidəçinin olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu