13 İyun 15:02
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş prezident Levon Ter-Petrosyanı Qarabağla bağlı yalan danışmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, o, Petrosyan və onun rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyasının 2020-ci ildə 44 günlük müharibədən sonra yazdığı “Müharibə, yoxsa sülh? Ciddi olmaq vaxtı” adlı məqalə və verdiyi bəyanatları xatırladıb.

“Ötən dövrün bəyanatları, Levon Ter-Petrosyanın klerikal-feodal elitanı birləşdirmək cəhdləri, eləcə də bir sıra bəyanatlar göstərir ki, bu məqalə əslində feodal hiyləsinə qarşı müqavimət göstərmək üçün uğursuz cəhd yox, klerikal-feodal hiyləsinin tərkib hissəsi idi. Niyə? Çünki Ter-Petrosyan və Erməni Milli Konqresi deyir ki, ərazilərin qaytarılmalı olduğunu deməyiblər və bunu nəzərdə tutmayıblar və ya “Dağlıq Qarabağın müstəqilliyi”nin mümkünsüz olduğunu söyləməyiblər. Bu, aydın və birmənalı olaraq klerikal-feodal hiyləsinin tərkib hissəsidir”, - Paşinyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər