15 İyun 23:17
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dost və qardaş ölkə Azərbaycanın müstəsna cəsarət, əzm, qətiyyət və fədakarlıqla əldə etdiyi müstəqilliyinin rəmzi olan Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü mübarəkdir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana təbrik mesajında yer alıb.

Şimali Kipr Prezidentinin “X” sosial şəbəkə hesabında paylaşılan mesajda, həmçinin deyilir: “Bir millət, üç dövlət şüarı ilə daim bərabərik”.


Müəllif: Teleqraf.com