28 İyun 13:21
6 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Rusiyanın xoşuna gəlməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı analitik Lyuk Koffi deyib.

O xatırladıb ki, Kreml həmişə Cənubi Qafqazda öz mövqelərini gücləndirmək üçün regional münaqişələrdən istifadə edib:

“Odur ki, Ermənistanla Azərbaycan arasında sabit sülhün bərqərar olması Moskvanın regiondakı nüfuzu üçün təhlükədir. Sülhə gedən bu yol asan olmayacaq, çünki Moskva müdaxilə etməyə çalışacaq”.

Koffi hesab edir ki, ABŞ əngəlləri aşmaq üçün Azərbaycan və Ermənistana yardım etməlidir:

“Birləşmiş Ştatlar nəinki Ermənistanla Azərbaycan arasında, həm də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək olmaq üçün əlindən gələni etməlidir ki, hamı sülh masası arxasında bir araya gəlsin. Bundan hər iki tərəf faydalanacaq. Əgər onlar bu münaqişəni həll edə bilsələr və Türkiyənin iqtisadi və kommunikasiya potensialını işə sala bilsələr, bu, sadəcə olaraq çox gözəl olar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər