2 İyul 21:26
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi konustitusiya dəyişikliyindən sonra mümkün olacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülün əsassız ərazi iddiası dayanıqlı sülhə imkan vermir.

“Sülh müqaviləsi Ermənistanda konustitusiya referendumundan sonra mümkün olacaq. Amma payızda Bakıda keçiriləcək COP29-a kimi çərçivə sazişi imzalana bilər. Arrtıq tərəflər arasında bunu mümkün edən mühüm razılaşmalar var. Bu razılaşmalar əsasən sərhədlə bağlıdır, son dönəmdə verilən qarşılıqlı mesajlar Zəngəzur dəhlizinin açılması ilə bağlı da mövqelərin yaxınlaşdığını göstərir. Hesab edirəm ki, Ermənistan dəhlizin açılmasına razılıq verib.

Ümumilikdə tərəflər arasında kəskin ziddiyyətlərin aradan qalxdığını güman etmək olar. Belə olan halda sülh müqaviləsi olmasa da, noyabradək çərçivə sazişi imzalana bilər”, - Əsədullazadə qeyd edib.

Ekspert hesab edir ki, çərçivə sazişinin imzalanmasından sonra Ermənistan rəhbərliyi addım-addım konstitusiya dəyişikliyinə gedəcək.


Müəllif: Mənsur Rəğbətoğlu