Almanya daxili işlər naziri türk futbolçu Merih Dəmiralın qol sevinci zamanı "bozqurd" işarəsindən istifadəsinə görə UEFA-dan sanksiya tələb edib.
Teleqraf.com xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Faeser Türkiyə ilə Avstriya arasında 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) son 16 tur matçında Merih Dəmiralın hərəkətinə sərt reaksiya verib.
Nensi Fayzer bununla bağlı sosial media hesabında paylaşım edib:
"Təhlükəsizlik orqanları Almaniyadakı ifrat sağçı türkləri yaxından izləyir. "Bozqurdlar" Federal Konstitusiyanın Müdafiəsi İdarəsinin nəzarətindədir"
Almaniyada keçirilən çempionatda 1/4 finala yüksələn millinin heyətində Avstriya ilə qarşılaşmada hər iki qola imza atan Merih Dəmiral sevincini "bozqurd" işarəsi ilə ifadə edib.