6 İyul 17:59
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Ukraynanın yolunu təkrarlayır, bu, xoşagəlməz nəticələr doğuracaq.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yuri Svetov deyib.

Ekspert Ermənistanın ABŞ ilə münasibətlərin səviyyəsini bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olması barədə məlumatlara da eyni şəkildə reaksiya verib:

“Ermənistan uzun müddətdir Ukraynanın yolunu təkrarlayır. 2018-ci ildə Paşinyan çox aydın məqsədlə hakimiyyətə gəlib, yəni Ermənistanı Rusiyadan ayırıb Qərbə yönəltmək. O, ABŞ və Fransadakı böyük erməni diasporuna arxalanır”.

Svetovun fikrincə, Paşinyan Qarabağı da bu məqsədlərinə çatmaq üçün Azərbaycan ərazisi kimi tanıyıb:

“İndi Paşinyan Qarabağa görə Rusiyanı günahlandırır. O söyləyir ki, Rusiya Ermənistan üçün döyüşməyib. Təhlükəsizlik Şurasının katibi Qriqoryan isə bütün keçən il fasiləsiz olaraq ABŞ-də olub, danışıqlar aparıb. Bundan əlavə, Ermənistan postsovet məkanında ABŞ-nin ən böyük səfirliyinə malikdir. Sonra bunlar elan edildi: KTMT lazım deyil, biz NATO-nun sammitinə gedirik. Bütün bunlar belə bir yerə gətirib çıxardı. İndi də (ABŞ ilə) strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq”.

Politoloqun sözlərinə görə, bu, kifayət qədər xoşagəlməz vəziyyətdir və müəyyən problemlər yarada bilər:

“Burada önəmli olan qonşuların - Türkiyə və İranın özlərini necə aparacağıdır. Bizim Ermənistanla sərhədimiz yoxdur, onunla ancaq Gürcüstan, Türkiyə və İran əraziləri vasitəsilə əlaqə saxlaya bilərik. Hesab edirəm ki, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasındakı son görüşdə erməni məsələsi də müzakirə edilib”.

Türkiyə və Rusiya prezidentləri arasında son görüş iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Qazaxıstanda keçirilən zirvəsi çərçivəsində baş tutub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər