Bu gün vəfat edən 21 yaşlı hərbçi Xanlar Əhmədov əslən Sabirabad rayonunun Qalaqayın kəndindəndir.
Teleqraf.com xəbər verir ki, o, doğulduğu kənddə torpağa tapşırılacaq.
Qeyd edək ki, işğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
21 yaşlı Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Əhmədovun fotosunu təqdim edirik: