12 İyul 12:06
3 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qərb rayonları ilə Naxçıvan arasında elə bir yol və dəhliz tələb edir ki, heç bir nəzarət olmasın. Ermənistandan tələb olunan budur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

Onun iddiasına görə, Bakının tələbində yer alan maneəsiz keçid yalnız Azərbaycan üçün nəzərdə tutulur.

“Rusiya Ermənistandan keçən nəqliyyat kommunikasiyaları haqda danışarkən yol deyir, dəhliz sözünü dilinə gətirmir. Dəhlizdən danışan ABŞ və Avropadır. Ceyms Obrayen artıq söhbətin dəhlizdən getdiyini açıqlayıb”, - Baqratyan vurğulayıb.

Sabiq baş nazir Mehri üzərindən (Zəngəzur) ən azı iki dəhlizin olacağını söyləyib: “10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndi Mehridən keçən yolu nəzərdə tutur”.

Baqratyan hesab edir ki, Orta Asiyaya çıxmaq istəyən Avropa və ABŞ-yə Ermənistan üzərindən dəhliz lazımdır: “Qərb bu məsələdə Azərbaycanla həmrəydir”.

Ermənistanın sabiq baş naziri Çinin də bu məsələdə maraqlı olduğunu qeyd edib:

“Ermənistan niyə həmin bəyanatdan çıxmır? Çıxmır, ona görə ki, Qərbdən ona deyiblər ki, qal, bu, bizim üçün Ermənistandan daha vacibdir. Çin də həmin Orta dəhlizə qoşulub. Rusiya dəmir yollarının bağlanması səbəbindən Çin Avropaya hər il 20 milyon ton yük ixrac etmək imkanını itirib. İndi bu xətt açılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər