12 İyul 15:22
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi imkan var.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan deyib.

Onun sözlərinə görə, Ermənistan xalqı və hakimiyyəti müqaviləni imzalamağa hazırdır.

Ermənistan-Rusiya münasibətlərindən danışan Arşakyan qeyd edib ki, İrəvanın Moskvanın cavabını gözlədiyi sualları var:

“Hesab edirəm ki, bunlar açıq müzakirə olunan suallardır. Bunlar həm KTMT-nin fəaliyyəti, həm beynəlxalq müqavilələrin icrası, həm Ermənistanın təhlükəsizlik durumu, həm 10 noyabr sənədinin bəndlərinin icrası və yerinə yetirilməməsi ilə bağlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər