Xalq artisti Ağadadaş Ağayevi döyən "Medera" xəstəxanasının mühafizəçisi saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Axar.az-a DİN-dən məlumat verilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, xalq artisti, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən, az öncə isə qulağından əməliyyat olunan 68 yaşlı Ağadadaş Ağayev bu gün səhər saatlarında özünü pis hiss etdiyi üçün “Medera” klinikasının mühafizəçisindən evinə həkim göndərməsini xahiş edib. Mühafizəçi isə həkim çağırmaqdan imtina edib və mübahisə yaranıb. Daha sonra əlbəyaxa dava olub və mühafizəçi Ağadadaş Ağayevi qəddarcasına döyüb.